Dərc edilib: 20-03-2016

https://www.nuh.az/7390-.html

Qazaxıstanda parlament seçkiləri keçirilir

20.03.2016 15:18:09

Region

Qazaxıstan parlamentinin Məclisinə (aşağı palatasına)  növbədənkənar parlament seçkiləri başlayıb. 
Seçki məntəqələrinin əksəriyyəti yerli vaxtla saat  07.00-da (Bakı vaxtı ilə 05.00-da)  açılıb və 20.00-dək (Bakı vaxtı ilə 18.00-dək) fəaliyyət göstərəcək.
 
Parlamentin aşağı palatasındakı yerlərə görə altı partiya mübarizə aparır.
 
Seçkilərdə parlamentin 107 deputatı müəyyənləşəcək. Onlardan 98-i partiyaları, 9-u isə Qazaxıstanın Xalq Assambleyasını təmsil edəcəklər.   (apa)
  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib