Dərc edilib: 20-03-2016

https://www.nuh.az/7391-.html

Eldar Quliyev seçicilərini sevindirdi

20.03.2016 15:23:45

Cəmiyyət

18 mart 2016-cı il tarixində Azərbaycan Kooperasiya Universitetində Universitet Rəhbərliyinin və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Novruz Konserti keçirilib.

Universitetin müəllim və tələbələrinin iştirak etdiyi konserti giriş sözü ilə Tədris işləri üzrə prorektor Fikrət Quliyev açıq elan edərək bütün kollektivi universitetin rektoru, Professor Eldar Quliyevin adından təbrik etdi. Açılışdan sonra Novruz Konserti proqarama uyğun olaraq davam etdirildi.

Qeyd edək ki, konsertdə Azərbaycan estradasının məşhurları, rəqs nömrələri və AKU TGT-nin daxilində fəaliyyət göstərən KVN komandası müxtəlif çıxışlar nümayiş etdirdilər. 

Konsertin ikinci hissəsi isə universitetin həyətində davam etdirildi.

Qeyd edək ki, deputat Eldar  Quliyev bununla yanaşı olaraq seçiciləri ilə görüşüb, onların problemlərini dinləyib. Eldar Quliyev seçicilərini Novruz bayramı münasibəti ilə təbrik edib. Seçicilərə bayram sovqatları verilib. 

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib