Dərc edilib: 23-03-2016

https://www.nuh.az/7405-.html

Eldar Mahmudovun cangüdəni də toxunulmazdır..?

23.03.2016 18:18:07

Siyasət

Sayı-hesabı  bilinməyən cinayətlərdən sonra   MTN-nin keçmiş şefi   Eldar Mahmudovun  həbs olunmaması  neçə aydır ki,  ölkə mətbuatında  ciddi  müzakirə  olunur.

Hətta  tanınmış  media kapitanı  Eynulla  Fətullayev   sabiq  MTN  şefinin həbs oluması  ilə bağlı  ölkə başçısına  müraciət  də ünvanlayıb.

Belə bir məqamda  Eldar  Mahmudovun  keçmiş  cangüdəninin, onun “sağ əli”nin  Bakının rayonlarından birinə  rəis təyin olunması ilə bağlı mediada yayılan məlumat   təəccüblə  qarşılanır.     

Yayılan məlumata görə, bir  neçə gün əvvəl Dövlət Təhlükəsizlik  Xidmətinin rəisi cənab Mədət  Quliyev  keçmiş  cangüdəni   qurumun  paytaxt  rayonlarından  birinə rəis  təyin edib.

Bu xəbər  istər-istəməz  sualla qarşılanır: 

Eldar  Mahmudovun  əli bu qədər  uzundur ki,  “sağ əli”ni  rəis təyin elətdirə bilir..?   

Ümumiyyətlə,  nəinki  Edar  Mahmudovun, hətta cangüdəninin  toxunulmazlığı daha ciddi  suallar  doğurur.  

Mövzuya qayıdacağıq.  

 

NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib