Dərc edilib: 23-03-2016

https://www.nuh.az/7406-.html

"Bir-birini təkrarlayan strukturların aradan qaldırılması düzgün addımdır" - Əli Məsimli

23.03.2016 19:04:21

İqtisadiyyat

"Dövlət Sosial Müdafiə Fondunu (DSMF) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsi Prezidentin idarəetmənin təşkilatı quruluşunun təkmilləşdirilməsi sahəsində tədbirlər Paketinə daxil olnat tədbirlərdən biridir. Bu mənada müsbət addımdır". 
Bunu İnterAz-a açıqlamasında millət vəkili Əli Məsimli söyləyib. 
Deputat bildirib ki, bununla belə idarəetmənin təşkilatı quruluşunun təkmilləşdirilməsinin səmərəliliyi bir addımla yox, bu sahədə zəruri olan bütün addımların səmərəli kompinasiyasiyası ilə ölçülür: "Əgər həmin tədbirlər kompleks şəkildə və vaxtında həyata keçilsə, onda idarəermənin çevikliyinin və səmərəliliyinin artırılmasının əsas şərtlərindən və dövlət xərclərinə qənaətin əsas mənbələrindən biri kimi çıxış edəcək. Bununla yanaşı idarəetmənin təşkilatı strukturunun təkmilləşdirilmsinə yönəlik islahatların iqtisadi azadlıqların və şəffaflığın artırılmasına, ictimai nəzarətə geniş meydan verən və cəmiyyət həyatının bütün sahələrinədə korrupsiyaya, inhisarçılığa, məmur özbaşınalıqlarına son qoymağa yönəlmiş radikal islahatlarla əlaqəli şəkildə həyata keçirilməlidir. İdarəetmənin təşkilati strukturu müasir təfəkkürlü kadr islahatları da daxil olmaqla yeni inkişaf modelinin tələblərinə müvafiq sürətdə təkmilləşdirilməlidir. Nazirlik, dövlət komitələri, idarə, digər dövlət orqanlarının əsasnamələrinin və digər müvafiq sənədlərinin təhlili və reallıqları nəzərə almaqla bir-birini təkrarlayan strukturın aradan qaldırılması, lazımsız dövlət qurumlarının birləşdirilməsi və ya ləğv olunması, əsaslandırılmış ixtisarların həyat keçilməsi və sair istiqamətdlərdə elmi və praktiki cəhətdən özünü doğruldan addımların atılmalıdır. 
Dövlət idarəetmə və tənzimlmə sisteminin əsaslı surətdə modernləşdirilməsi, dünyada gedən proseslərə operativ reaksiya verən və optimal müddətdə qərarlar qəbul edən hökumət modelinə keçilməsi ilə tamamlanmalıdır. Yalnız bu halda idarəetmənin çevikliyi artacaq və səmərəliliyin yüksəldiləcəkdir".

 

    NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib