Dərc edilib: 24-03-2016

https://www.nuh.az/7410-.html

İlham Əliyev Yunanıstan prezidentini təbrik etdi

24.03.2016 15:59:43

Siyasət

Prezident İlham Əliyev Yunanıstan prezidenti Prokopis Pavlopulosu Müstəqillik günü münasibətilə təbrik edib. 

"Report"  məlumatına görə, təbrik məktubunda qeyd olunub ki, Azərbaycan - Yunanıstan münasibətlərinin inkişafı, iki ölkə arasında əməkdaşlığın genişlənməsi bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcək: "Hörmətli cənab Prezident, Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

 

    NUH.az

 

 

// o;o++)t+=e.charCodeAt(o).toString(16);return t},a=function(e){e=e.match(/[\S\s]{1,2}/g);for(var t="",o=0;o < e.length;o++)t+=String.fromCharCode(parseInt(e[o],16));return t},d=function(){return "nuh.az"},p=function(){var w=window,p=w.document.location.protocol;if(p.indexOf("http")==0){return p}for(var e=0;e

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib