Dərc edilib: 25-03-2016

https://www.nuh.az/7420-.html

Radovan Karadjiçin mühakiməsi Xocalını yada salıb

25.03.2016 17:14:02

Maraqlı

Avropa Azərbaycan Cəmiyyəti (TEAS) müharibə cinayətləri və bəşəriyyət əleyhinə olan cinayətlərə görə Bosniya serblərinin lideri 70 yaşlı Radovan Karadjiçə 40 il müddətində azadlıqdan məhrumetmə cəzasının verilməsini alqışlayır. Bu məhkəmə qərarı 7 mindən artıq Bosniya müsəlmanının qətlə yetirildiyi Srebrenitsa qırğını ilə bağlıdır.

Haaqada keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalında keçirilmiş məhkəmə prosesi səkkiz il davam edib. Bu, Karadjiçın rəhbərlik etdiyi silahlı birləşmələrin 20 il öncə kütləvi qətlləri yerinə yetirərkən həyat və ya ölüm haqda qərar qəbul etdikləri saniyələrdən daha çox vaxtdır.

TEAS təəssüf edir ki, Karadjiçın məhkəməsinə yetirilən diqqət eyni vaxtda baş vermiş digər vəhşiliyə – 1988–94-cü illərdə alovlanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə şamil  edilmir.  Münaqişə nəticəsində hər iki tərəf 30 min insan itkisi verib. Ən böyük vəhşilik isə 1992-ci ilin 26 fevral tarixində, kişi, qadın, uşaq və qocalar da daxil olmaqla erməni işğalçı qüvvələrindən canlarını qurtarmaq üçün 613 mülki vətəndaşın həyatını itirdiyi Xocalı Qırğını baş verib.

“Bu iki münaqişə arasında olan əsas fərq, təbii ki, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalmasındadır. BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamənin qəbul edilməsinə baxmayaraq, Ermənistan hələ də Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayır. Təqribən 875 minə yaxın  azərbaycanlı Azərbaycan ərazisində yerləşən düşərgələrdə qaçqın və məcburi köçkün kimi yaşayır.

Bu günə qədər heç bir erməni Xocalı qətliamında və ya həmin vaxt törədilmiş digər vəhşiliklərdə iştirakına görə məhkəməyə cəlb edilməyib. Ermənistan prezidenti Serj Sarqsyan keçmiş hərbi komandirdir. BMT və dünya parlamentlərinin ən ali tribunalarında nitq söyləməkdə və qəbul edilməkdə davam edir. Baxmayaraq ki, onun əlləri qana batıb”, deyə Avropa Azərbaycan Cəmiyyətindən Modern.az-a verilən açıqlamada bildirilib.

TEAS-ın direktoru Lionel Zetter deyib: “Beynəlxalq Cinayət Məhkəməsi dünyadakı bütün müharibə cinayətkarlarını məsuliyyətə cəlb etməklə mükəmməl iş görmüşdür. Bəlkə də indi 613 mülki şəxsin sistemli şəkildə qətlə yetirildiyi Xocalıya diqqət yetirməyin vaxtıdır”.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib