Dərc edilib: 26-03-2016

https://www.nuh.az/7432-.html

Ukraynada satqınların siyahısı açıqlandı

26.03.2016 18:59:45

Region

Ukrayna Təhlükəsizlik Xidməti ös saytında “içdikləri anda xəyanət edərək düşmən tərəfinə keçən” keçmiş əməkdaşlarının siyahısını çap edib. Modern.az-ın xarici mediaya istinafən verdiyi xəbərə görə, siyahıdakı 1391 nəfərin hamısı Krımda xidmət edib. 

Onların arasında zabitlər, o cümlədən polkovniklər, eləcə də sıravilər – mühafizəçilər, sürücülər və proqramçılar var. 

2015-ci ilin fevral ayında həmin vaxt Ukrayna Təhlükəsizlik Xidmətinin sədri olan Valentin Nalivayçenko bəyan etmişdi ki, xüsusi xidmətin şəxsi heyəti satqınların uzaqlaşdırılması 

səbəbindən 4 dəfə azalıb. Həmin ilin yanvarında Ukrayna Təhlükəsizlik Xidməti rəhbərinin müşaviri Markiyan Lubkinski isə qondarma Donetsk Xalq Respublikasına informasiya ötürdüklərinə görə 8 nəfərin saxlanıldığı haqda məlumat vermişdi.

 

   NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib