Dərc edilib: 27-03-2016

https://www.nuh.az/7436-.html

Neftçalanın icra başçısı öz bazarını “xod”-a salmaq üçün təzə metod icad edib-FOTO

27.03.2016 13:51:33

İqtisadiyyat

Teref.infoya məlumat verən mənbənin dediyinə görə Neftçala rayon icra başçısı İsmayıl Vəliyev ona məxsus bazarın al-verini gurlaşdırmaq üçün bütün büdcə təşkilatlarının işçilərinə əmr edib ki, maaşlarını Kapital Bankın ona məxsus bazarın yanında qoyulmuş ATM-indən alsınlar. Ondan başqa idarə işçilərinə bərk bərk tapşırılıb ki, bayram bazarlığını ancaq İsmayıl Vəliyevin bazarından etməlidirlər. Kim bu yazılmamış əmrdən çıxsa işinə vida etməli olacaq. Mənbənin teref.info-ya verdiyi xəbərə görə bu bankomatı başçı məxsusən bunun üçün ora qoydurub ki, işçilər maaşlarını alıb elə ona məxsus bazarda xərcləsinlər. baxmayaraq ki, bu bazarda mallar bahadır.
Teref.info olaraq qeyd etmək istəyirik ki, Neftçala şəhərində iki bazar var. Köhnə bazar 20 yanvar əlili Məhəmməd Fərzəliyevə, təzə bazar isə Neftçala icra başçısı İsmayıl Vəliyevə. Köhnə bazarla bağlı Neftçala icra başçısı ilə Məhmməd Fərzəliyevin böyük qalmaqalları olmuşdu.Məhəmməd Fərzəliyevin dediyinə görə başçı onun bazarını əlindən almaq belə istəmişdi.
Teref.info olaraq qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!

 

  NUH.az


NUH informasiya agentliyi səhifəsindən çap edilib