Dərc edilib: 27-03-2016

https://www.nuh.az/7441-.html

Bakıda müəmmalı gurultu

27.03.2016 15:50:37

Maraqlı

Bu gün saat 12 radələrində Bakının Səbail və Yasamal rayonları ərazisində müəmmalı bir gurultu səsi eşidilib.

ANS PRESS-in məlumatına görə, həmin səs o qədər güclü olub ki, hətta binaları da titrədib.

Daha çox Badamdar qəsəbəsi ərazisində hiss edilən səs və binaların titrəməsi insanlar arasında təlaşa səbəb olub. Hətta bəzi vətəndaşlar öz sosial şəbəkədəki hesablarında şərhlər yazaraq nə baş verdiyini anlamağa çalışıblar.

Baş verən müəmmalı tərpənişlə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, o da məsələdən xəbərdardır: “Özüm də həmin səsi və tərpənişi hiss elədim. Qobu qəsəbəsində yerləşən stansiya da bu tərpənməni qeydə alıb. Ancaq onu deyə bilərəm ki, bu zəlzələ deyildi”.

Fövqəladə Hallar Nazirliyindən də hələlik partlayış, yaxud hər hansı bənzər hadisə barədə “qaynar xətt”ə heç bir çağırışın daxil olmadığını bildiriblər.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib