Dərc edilib: 29-03-2016

https://www.nuh.az/7453-.html

Mədət Quliyev Elnur Məmmədliyə vəzifə verdi

29.03.2016 12:50:33

Cəmiyyət

Pekin Olimpiadasının qızıl medalçısı Elnur Məmmədli Yol Patrul Xidmətindəki işindən ayrılıb. 

Avtosfer.az  xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsində hərəkətin təşkili şöbəsinin baş inspektoru vəzifəsini tutan Elnur Məmmədli bir neçə gündür işdən azad olunub. 

Bildirilir ki, olimpiya çempionu Elnur Çingiz oğlu Məmmədli artıq artıq yeni işlə təmin edilib. O, Dövlət Təhlükəsizlik Xidmətində mühüm vəzifəyə təyin olunub. DTX-da şöbə rəisi postuna təyin edildiyi bildirilən Elnur Məmmədlinin DYP-dən getməsi xəbərini Bakı şəhər DYPİ-dən təsdiq ediblər. 

Xatırladaq ki, Elnur Məmmədli Polis Akademiyasını bitirib. Yol polisi sıralarında işləyərkən rütbəsi polis kapitanı idi. 

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib