Dərc edilib: 29-03-2016

https://www.nuh.az/7456-.html

Dünya Bankı Azərbaycana 140 milyon dollar kredit ayırdı

29.03.2016 14:00:20

İqtisadiyyat

Dünya Bankının (DB) Direktorlar Şurası Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi üçün 140 milyon dollar həcmində əlavə vəsaiti təsdiq etdi.

Modern.az xəbər verir ki, bu barədə bankın rəsmi bəyanatında bildirilir.

Kredit Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (DB qrupuna daxildir) xətti ilə ayrılacaq.

Layihənin əlavə maliyyələşdirilməsinin ümumi dəyəri 186,6 milyon dollardır. Bunu 46,6 milyon dolları hökumətin payına düşür.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib