Dərc edilib: 31-03-2016

https://www.nuh.az/7484-.html

Bakı metrosunda növbəti həyəcan..

31.03.2016 15:16:45

Hadisə

Bu gün “Ulduz” metrostansiyasında problem yaşanıb.

Gün.Az-a daxil olan məlumata görə, səhər saat 06:50 radələrində “Dərnəgül” xətti ilə gələn qatar saxlanılaraq, sərnişinlər təxliyə olunub. Hadisə yerində olan şahidin sayta verdiyi məlumatına əsasən, bunu qatarda yanğın hadisəsinin qeydə alınması ilə əlaqələndiriblər.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev sayta deyib ki, səhər 06:50-də 11 saylı marşrutda nasazlıq yaranıb.

“Bu səbəbdən sərnişinlər qatardan boşaldılıb. "Nərimanov"a yaxın olduğu uçün qatar depoya göndərilib. Yanğın isə olmayıb” – deyə, N.Paşayev bildirib

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib