Dərc edilib: 01-04-2016

https://www.nuh.az/7493-.html

“Bankların yalnız dollarla kredit təklif etməsi insan hüquqlarına ziddir”- Ali Məhkəmənin sədri

01.04.2016 15:57:55

Cəmiyyət

“Azərbaycanda bankların müştərilərə yalnız dollarla kredit təklif etməsi insan hüquqlarına ziddir”.

Apa-nın məlumatına görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev bankların dollarla bağlı kredit verməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, manat və dollar kreditləri məsələsini banklar özləri həll edir: "Fikrimcə, vətəndaş krediti dollara götürübsə, dollarla, manatla götürübsə, manatla qaytarır. Qayda belədir".

Banklar tərəfindən müştəriyə yalnız dollarla kreditin təklif edilməsinə gəlincə isə R. Rzayev bildirib ki, bu vətəndaşın hüququnun pozulmasıdır. Lakin məhkəmə bankların daxili işinə müdaxilə edə bilmir. 

 

 NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib