Dərc edilib: 02-04-2016

https://www.nuh.az/7499-.html

Baş redaktor dövlət qurumlarına müraciət etdi

02.04.2016 14:55:09

Cəmiyyət

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, cənab Mədət Quliyevə,
Rabitə və Yüksək Texnologiyalar naziri, cənab Ramin Quluzadəyə

 

Cənablar!

Hər bir dövlətin milli təhlükəsizlik sisteminin ən vacib elementlərindən biri informasiya təhlükəsizliyidir. Hazırda dünyada açıq-aşkar informasiya savaşı gedir. Eyni zamanda cəmiyyətdaxili problemlərin bir çoxunun kökündə informasiyasızlıq dayanır. Və bundan istifadə edən bəzi xarici qüvvələr cəmiyyətimizi öz dezinformasiyaları ilə istədikləri istiqamətə yönəltməyə çalışır. 
Belə vəziyyətdə ölkənin informasiya təhlükəsizliyinin əsas mənbəyi azad, müstəqil mediadır. Bu aksiomadır, alternativi yoxdur. Azad və müstəqil medianın inkişafı və qorunmasında isə dövlət qurumları maraqlı olmalıdır.

Cənablar!

Baş redaktoru olduğum NUH İnformasiya Agentliyinə ( NUH.az saytı ) iki gündür xarici hücumlar dayanmır. Təsəsvvür edin ki, bir neçə saat ərzində sayta 22 milyon 370 min 979 ( 22.370.979 ) dəfə hücum olub. Hücumların 80 faizi Amerikadan, 10 faizi İngiltərə və Almaniyadan, qalanı isə Rusiyadan təşkil olunub. Və hazırda saytın fəaliyyətini bərpa edə bilmirik. 
Onu da qeyd edim ki, bu hal saytda ARDNŞ ilə bağlı “ Neft puluna Londonda milyonluq mülklər” başlıqlı məqalə dərc olunandan sonra baş verib. Az vaxtda bu məqaləni 2 milyon 168 min 54 ( 2.168.054 ) nəfər oxuyub. Bu heç bir məntiqə sığmır. Bu açıq-aşkar təşkil olunmuş hücumdur.

Cənablar!

Sizdən artıq dərəcədə xahiş edirəm bu hücumların hansı qüvvələr tərəfindən təşkil olunduğunun müəyyən olunmasına və problemin aradan qaldırılmasına kömək edəsiniz.

 

Hörmətlə, NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli

NUH informasiya agentliyi səhifəsindən çap edilib