Dərc edilib: 02-04-2016

https://www.nuh.az/7502-.html

Təbrizdəki konsulumuz iranlı turistlərə niyə viza vermədi?- FAKT

02.04.2016 15:14:39

Cəmiyyət

Bu il novruz bayramında İrandan Azərbaycana gələn turistlərin sayı xeyli çox oldu. Bunun da ən boyuk səbəbi Turkiyədə baş verən terrorla bağlı idi. Türkiyəyə getməyə ehtiyyat edən iranlı turistlər Azərbaycana üz tutdu və bu gözlənilən idi. 

Amma irandan Azərbaycana gələn turistlər ölkəmizin Təbrizdəki konsulluğunun fəaliyyətindən şikayətləniblər. Bizimxeber.az-a daxil olan məlumatlarsa qeyd olunur ki, İrandan olan turistlərin sayının bayram ərəfəsində artacağı ehtimal edilsə də, konsul öz fəaliyyətində bununla bağlı nəinki yenilik etməyib, əksinə viza verilməsi prosedurunu bir qədər də çətinləşdirib. Viza üçün müraciət edənlərin sayı yüzlərlə olsa da, konsulluq iş günü ərzində cəmi 50 nəfərə viza verib. Qalan müddətdə isə müxtəlif bəhanalərlə konsulluğa müraciət məhdudlaşdırılıb.

İrandan gələn turistlərin sözlərinə görə, əgər konsulluq işini düzgün qursaydı bayram günlərində Azərbaycana gələn turist sayı daha artıq ola bilərdi. Turistlərin əksəriyyəti viza ala bilməyib və buna görə də Azərbaycana gəlməyib. Viza üçün müraciət edilənlərə kobud münasibət, nahar fasiləsinin 1 saatdan 2 saata qaldırılması, konsulluqda viza işlərinə cəmi bir əməkdaş təhkim olunması bütün müraciətləri qarşılamaq imkanı verməyib. Potensial turistlərlə kobud münasibət bəzən hətta onları təhqir etmək həddinə çatıb ki, bu da bir çoxlarını Azərbaycana gəlmək fikrindən daşındırıb.

Azərbaycanda iqtisadi durumun pisləşməsi turizm imkanlarından maksimum yaralanmağı tələb etdiyi halda konsullugun bu fəaliyyəsizliyi XİN tərəfindən arşadırlmalıdır. Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadənin fəaliyyəti ciddi araşdırılmalıdır. Maraqlıdır, görəsən iranlı turistlərin Azərbaycana gələrək ölkəmizə xeyir verməsini baş qonsul niyə həzm edə bilmir?  Bu faktlarla bağlı daha geniş araşdırma yazısı dırc edəcəyik. /Bizimxeber.az/

 

  NUH.az 



NUH informasiya agentliyi səhifəsindən çap edilib