Dərc edilib: 02-04-2016

https://www.nuh.az/7503-.html

Neftçalanın polis rəisi ilə Yol Polis rəisi nələr etmir? – Ali qanunlar ayaq altında

02.04.2016 15:27:31

Maraqlı

Sürcülərin və piyadaların hüquqlarını müdafiə edən, eyni zamanda yol hərəkəti təhlükəsizliyini artıqmaq məqsədilə qaydalar təkmilləşdikcə DYP əməkdaşları da o qaydalara uyğun fırıldaqlar fikirləşib tapırlar.

Hər bir sürücü vaxtaşırı olaraq bu fırıldaqlarla üzləşir. Bizimxeber.AZ.az-a daxil olan məlumata görə, bir neçə ay əvvəl Neftçalaya yeni təyin olunan polis rəisi -Vusal Şəbəndiyev də rayonda öz qaydalarını diktə etməyə başlayıb. 

Vusal Şəbəndiyev Sabirabad rayon Polis Şöbəsinin (PŞ) Cinayət Axtarış Bölməsinin rəisi olub və Neftçalaya rəis gətirilib. Elə rayona ayaq basdığı ilk gündən də öz qaydalarını diktə etməyə başlayıb. Buna qarşı çıxmağa cəhd göstərənləri isə qanunun “sərt üzü” ilə qorxutmağa başlayıb.

Yeni polis rəisi ilk olaraq motosikletlərin ovuna çıxdı. Sənədlərini olmadığını bildirərək rayon ərzisində hərəkət edən bütün motosikletləri saxlamaq tapşırığı verdi.

Ümumiyyətlə, Azərbaycanda motosiklet istifadəsinə gorə, Neftçala rayonu bəlkə də birincidir. Burda hər həyətdə motosikletə rast gəlmək mümkündür. Bunun əsas səbəbi rayon əhalisinin balıqçılıqla məşğul olmasındadır. Rahatlığına və mobilliyinə görə ən çox istifadə edilən nəqliyyat növü olan motosikletə qadağa qoyulması əhalinin çörək qazanmasını əngəlləməyə xidmət edir. Üstəlik bu nəqliyyat vasitələrinin əksəriyyəti hələ sovet dönəmindən qalmadır. Son model bahalı xidməti maşında gəzən Vüsal Çəbəndiyevin yağışlı, qarlı havada motosiklet minmək məcburiyyətində qalan sakinləri anlamaması normaldır, amma ən azından rəis təyin edildiyi rayonun xüsusiyyətlərini öyrənib buna uyğun qayda tətbiqinə çalışmalıdır. Əks halda əhalinin haqlı narazılığı ilə üzləşməsi təbiidir.

Rayona gəldiyi ilk gündən rayon yol polisi şöbəsinin rəisini dəyişən polis rəisi bu posta ozunun yaxın dostu, Şirvan İmtahan Qeydiyyat Şöbəsinin rəisi Vüqar Məmmədyarovun qardaşı oğlu, Salyanda müfəttiş işləyən Azad Məmmədyarovu təyin edib. Müfəttişin vəzifə pilləsindən birdən-birə bu qədər irəliləməsini təbii qarşılayan polis rəisi öz qaydalarının diktəsini də məhz Azad Məmmədov vasitəsilə təmin etməyə çalışır. Bu işdə təbii ki,  Rayon Yol Polisi Şöbəsində çalışan inspektorların da “xidmətini” unutmaq olmaz. Uzun müddətdir ki, rayonda işləyən inspektorlar rayon ərazisində sürücülük vəsiqəsi əməliyyatı davam etdirirlər. Bu işlə əsasən Həsən, İkram kimi inspektorlar məşgu olur…

Belə ki, sürücülük vəsiqəsi olan adamlara müxtəlif cərimələr yazılır, olmayanlar isə aylıq haqq örəyir… Bura da əsasən təhülkəsizlik kəmərinin taxılmamasına görə cərimələr əsas yer tutur. Rayonda işləyən DYP inspektorlarının təhsili ilə bağlı kifayət qədər qaranlıq məqamlar var. Onlar özləri bu barədə danışmağı  xoşlamır, suallar cavabsız qalır. İnspektor təyin edilmək üçün savad, diplom, təhsil sonrakı, heç xatırlanmayan mərhələlərdir. Əsas odur ki, “tələbi” qarşılamaq imkanı olsun . “Tələbin” mqidarı isə heç də az deyil.

Rayon yol polis şöbəsinin rəisi Azad Məmmədyarovun əmisi Vüqar Məmmədyarova arxalanaraq rayonda özünü əsl “şef” kimi aparır. “Burda mənəm, Bagdadda kor xəlifə” deyimi sanki onun üçün yaranıb.

Təkc bir faktı xatırladaq. Bir neçə gün əvvəl Neftçala-Salyan yolunda ağır yol-nəqliyyat hadisəsi baş verdi. Rayon polis şöbəsinin müstəntiqi Məlahət Mahmudova avtoqəzaya düşüb dünyasını dəyişdi. Onun “KaMAZ” markalı maşınla toqquşduğu məlum oldu. Qəza olduğu müdətdə və daha sonra Neftçala-Salyan yolunda yol polislərinə rast gəlmək mümkün deyildi. İnspektorlar sahələrə çıxmaq əvəzinə günlərini rayon mərkəzində o baş-bu başa şütüməklə keçirirlər. Yollara nəzarət isə arxa plandadır. Halbuki insan tələfatı ilə nəticələnə biləcək hadisələr əsasən rayonlararsı yollarda yüksək sürət həddinə görə baş verir. Azad Məmmədyarov hələ anlamayib ki, Neftçala təkcə mərkəz kücədən ibarət deyil. Onun kənar yolları da var və daha çox məhz bu yollara nəzarət edilməlidir. Ancaq görünür şəxsi mənfəət olan yerdə insan həyatının heç bir dəyəri yoxdur. 

 

   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib