Dərc edilib: 03-04-2016

https://www.nuh.az/7506-.html

Sarkisyan: 18 hərbçimiz ölüb, 35-i yaralanıb...

03.04.2016 10:28:42

Hadisə

 

Ermənistan silahlı qüvvələri şənbə gününə keçən gecə və gün ərzində Azərbaycan Ordusu ilə döyüş zamanı 18 hərbçisini itirib, 35 nəfər yaralanıb.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan şənbə günü keçirdiyi Milli Təhlükəsizlik Şurasının iclasında bildirib.
"Bu, 1994-cü ildə atəşkəs rejimi əldə olunduqdan sonra ən irimiqyaslı hərbi əməliyyatlardır", - deyə S.Sarqsyan bildirib.
Onun sözlərinə görə, “hazırda əldə edilən məlumatlara görə, 18 erməni hərbçisi ölüb, 35-i yaralanıb”.
Ermənistan prezidenti qeyd edib ki, “bu hadisələrin nə ilə nəticlənəcəyi məlum deyil, çünki təmas xəttində gərginlik hələ də müşahidə olunmaqdadır”.

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib