Dərc edilib: 03-04-2016

https://www.nuh.az/7511-.html

Şəhidlərin ailələrinə yardım ediləcək - Prezident tapşırıq verdi

03.04.2016 17:24:31

Cəmiyyət

 

Aprelin 1-dən 2-sinə keçən gecə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gedən döyüş əməliyyatlarında fərqlənmiş hərbçilər təltif ediləcək. Azərbaycan prezidenti İlham Əliyev bu barədə göstəriş verib.
Dövlət başçısı, həmçinin cəbhədə həlak olanların ailələrinə maddi yardım göstərilməsi barədə tapşırıq verib: "Göstəriş verirəm ki, Nazirlər Kabineti həlak olanların ailələrinə maddi yardım göstərmək üçün təkliflər irəli sürsün və Müdafiə Nazirliyi döyüş əməliyyatlarında fərqlənmiş, Vətən uğrunda qəhrəmancasına döyüşmüş insanları təltif etmək üçün mənə təkliflər təqdim etsin". 
 NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib