Dərc edilib: 13-04-2016

https://www.nuh.az/7516-.html

“Azercell” Bakıya qayıdan Qubad İbadoğlunu “soydu

13.04.2016 14:01:15

Cəmiyyət

“ABŞ-dan vətənə döndükdən sonra ilk "cərimə"ni "Azərcell"ə ödəməli oldum”.

Cebhe.info xəbər verir ki, bu barədə ADR Hərəkatının sədri Qubad İbadoğlu deyib. 

Q.İbadoğlu bildirib ki, dövlət tənzimlənməsinin düzgün həyata keçirilməməsinə görə mobil operator şirkətləri özlərinin bazardakı hökmran mövqelərindən sui-istifadə edərək, mobil internet xidməti adı altında yüksək tariflər tətbiq edərək abonentlərini soymaqla məşğuldurlar:

“Mənim də 15 ildən artıq istifadəçisi olduğum "Azərcell"də fakturalı xidməti bərpa etdiyim son 4 gün ərzində istifadə olunmuş 179 megabayt görə 71 manat 60 qəpik borc yaranıb. Bu o deməkdir ki, 1 meqabayt internet xidmətinin tarifi 40 qəpikdən hesablanıb. Dünyanın əksər ölkələrində internet xidmətlərinin tarifləri sürətlə ucuzlaşdığı halda Azərbaycanda mobil operatorlar bazardakı oliqopol mövqelərindən yararlanaraq mobil internet tariflərini yüksək saxlamaqla abonentlərinə artıq xərc yazmaqla məşğuldurlar. Müqayisə üçün qeyd edim ki, son 1 ildə yaşadığım ABŞ-da "T-Mobile" xidmətlərindən istifadə edən zaman limitsiz internet, ölkə daxili SMS və danışıq tarifləri də daxil olmaqla bütün paketə görə ayda 30 dollar ödəniş edirdim. Bununla yanaşı həmin ölkədə istehlakçı rəyinə biznes və sosial şirkətlərin diqqəti yüksəkdir. Azərbaycanda isə yalnız 4 günlük mobil internetə 71,6 manat və ya 48 dollar ödəniş etmək heç bir xərc kalkuliyası ilə əsaslandırmaq mümkün deyil. Bu problemin yalnız mənə deyil, bütün mobil telefon operatorlarının çoxsaylı abunəçilərinə aidiyyatı olduğunu nəzərə alaraq görə onu ictimailəşdirməyi məqsədəmüvafiq hesab etdim”. 

Mənsur 

 

  NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib