Dərc edilib: 04-04-2016

https://www.nuh.az/7517-.html

Xocavənd-Füzuli istiqamətində 3 düşmən tankı vuruldu, 30-dan çox hərbçisi məhv edildi

04.04.2016 14:40:57

Günün sitatı

Azərbaycan Müdafiə Nazirliyi cəbhədə gedən döyüşlərə dair yeni məlumat yayıb. Məlumatda deyilir:

Aprelin 4-də erməni silahlı bölmələri Xocavənd - Füzuli istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma cəhd göstəriblər. 

Cavab olaraq Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurublar. Əks hücum zamanı erməni silahlı qüvvələrinin 3 tankı və 30-dək hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə düşmənin bir batareyası darmadağın edilib. 

Silahlı Qüvvələrimiz cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayır və gözlənilən bütün təxribatların qarşısını almağa hazırdır.

*   *   *13:19

Cəbhə xəttində gərgin vəziyyət qalmaqdadır. Döyüşlər Füzuli, Ağdərə, Xocavənd və Tərtər istiqamətlərində gedir.

Bu barədə virtualaz.org-a Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik Vaqif Dərgahlı məlumat verib.

Onun sözlərinə görə, döyüşlər ağır texnika və artilleriyanın tətbiqi ilə aparılır.

Vaqif Dərgahlı həmçinin qeyd edib ki, erməni tərəfi əks-hücuma keçməyə cəhd edir, Azərbaycan ordusu isə bu həmlələrin qarşısını alır. Azad olunmuş ərazilərdə mövqelərin mühəndis təchizatı üzrə işlər davam etdirilir.

Azərbaycan Müdafiə Nazirliyi, bundan əlavə, Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan ordusunun sıralarında çoxsaylı itkilər barədə məlumatını təkzib edib.

 

   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib