Dərc edilib: 04-04-2016

https://www.nuh.az/7519-.html

Əsgər məktubu - arxa cəbhəyə

04.04.2016 15:11:10

Mədəniyyət

 

Arqument.Az tanınmış yazar Zahir Əzəmətin "Əsgər məktubu" şeirini təqdim edir: 
 
Əsgər məktubu - arxa cəbhəyə
 
sizə zəfər gətirəcəyik
bizə məktub yazın heç olmasa 
sətirlərdən ürəyiniz boy versin 
səbirlə dinləyin şikəst qayıdan 
əsgər yoldaşlarımızın gecə sayıqlamalarını 
üz çevirib getməyin uşaqlarımız dilənəndə 
su verin 
çörək verin! 
atalarımıza siqaret 
analarımıza ürək dirək verin…
sizə zəfər gətirəcəyik 
bizə barıt qoxusu dadmayan 
səhər saxlayın 
bir az günəş 
bir az dəniz… 
bir az da soyuq xırdalan pivəsi 
şəxsən mənim üçün
və sevməyin ay əclaflar 
bizi gözləyən qadınları...

 

 

 

  NUh.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib