Dərc edilib: 13-04-2016

https://www.nuh.az/7538-.html

“192” “qaynar xətti” kimə məxsusdur: DTX-ə, yoxsa DGK-ə ?

13.04.2016 16:06:51

İqtisadiyyat

Oxucularımızdan birinin xahişi ilə ölkəyə gətirilən bəzi məhsulların  gömrük rüsumu ilə bağlı məlumat almaq üçün  Dövlət Gömrük Komitəsinin internet səhifəsinə daxil olduq. Komitənin internet səhifəsində yazılıb: “Vətəndaşların nəzərinə çatdırırıq ki, Dövlət Gömrük Komitəsinin “192” saylı  “qaynar xətti”ndə  mobil gömrük bölmələri ilə birbaşa əlaqə  yaratmaq üçün artıq xüsusi rabitə xidməti mövcuddur”.

NUH.az-ın əməkdaşı  “192”  saylı “qaynar xətt” ilə əlaqə saxlayıb. Dəfələrlə  telefon zəngindən sonra  nəhayət  telefona cavab verən  şəxs  bildirib ki, “192”  saylı “qaynar xətt”  Dövlət Təhlükəsilik  Xidmətinə aiddir.

İstər-istəməz sual doğur ki, görəsən  DGK rəhbərliyinin başı nəyə qarışıb..?  Bu boyda məsuliyyətsizlik olar..?

Ölkə baçısı hər dəfə xüsusi olaraq vurğulayır ki, iş adamlarına, sahibkarlara normal  şərait yaradılmalıdır.

Normal şərait deyəndə həm də informasiya təminatı nəzərdə tutulur.

Görünür, DGK rəhbərliyinin başı hələ də rüşvətdən ayılmır.

Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.

 

NUH.az


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib