Dərc edilib: 14-04-2016

https://www.nuh.az/7542-.html

"Bakı və İrəvan 6 rayonun qaytarılmasını müzakirə edir" - Nalbandyan

14.04.2016 11:10:17

Cəmiyyət

Ermənistan XİN rəhbəri Edvard Nalbandyan sensasiya doğuran bəyanat verib. Oxu.az xəbər verir ki, Ermənistanın İctimai televiziyasının sualını cavablandırarkən nazir, Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların predmetini açıqlayıb.
Nazirin sözlərinə görə, tərəflərin müzakirə etdikləri işçi sənədlər olaraq, tərəflərin nəzərdən keçirdiklərinin predmeti hesab edilir. İnkişafına nail olunmayan sənədlər ATƏT-in Vyanada yerləşən mərkəzi ofisinə saxlanılmağa verilir.  
“Saxlanılmağa verilməyən sənəd hələlik – Kazan sənədidir. Qalan bütün şərhlər artıqdır”, - deyə nazir qeyd edib.
Bu sənədə müvafiq olaraq başlanğıc üçün tənzimlənmənin əsas prinsipləri imzalanmalıdır. Bundan sonra Ermənistan və Azərbaycan Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə sülh sazişi üzərində işə başlaya bilərlər.
Daha sonra İrəvan Dağlıq Qarabağ ərazisindən, o cümlədən də Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarından, eləcə də Laçının 13 kəndindən işğalçı ordusunu çıxarmalıdır. Bu ərazilərdə təhlükəsizlik beynəlxalq sülhməramlılar tərəfindən qorunmalıdır. Laçın rayonundan isə Ermənistanı Qarabağ ilə birləşdirən dəhliz yaradılmalıdır. 
Dağlıq Qarabağın hüquqi statusu isə, qaçqınların qaytarılması şərti ilə bir neçə il sonra referendum yolu ilə həll edilməlidir. Bu sənəddə əsas məqam Bakı və İrəvanın mübahisələrin həlli üçün hüquqi öhdəçilik formasında gücdən istifadədən imtina etməkləridir.
“Sənəd hələlik saxlanılmağa verilməyib”.
Ermənistan XİN rəhbəri Edvard Nalbandyan sensasiya doğuran bəyanat verib.
Oxu.Az xəbər verir ki, Ermənistanın İctimai televiziyasının sualını cavablandırarkən nazir, Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların predmetini açıqlayıb.
Nazirin sözlərinə görə, tərəflərin müzakirə etdikləri işçi sənədlər olaraq, tərəflərin nəzərdən keçirdiklərinin predmeti hesab edilir. İnkişafına nail olunmayan sənədlər ATƏT-in Vyanada yerləşən mərkəzi ofisinə saxlanılmağa verilir.  
“Saxlanılmağa verilməyən sənəd hələlik – Kazan sənədidir. Qalan bütün şərhlər artıqdır”, - deyə nazir qeyd edib.
Bu sənədə müvafiq olaraq başlanğıc üçün tənzimlənmənin əsas prinsipləri imzalanmalıdır. Bundan sonra Ermənistan və Azərbaycan Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə sülh sazişi üzərində işə başlaya bilərlər.
Daha sonra İrəvan Dağlıq Qarabağ ərazisindən, o cümlədən də Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarından, eləcə də Laçının 13 kəndindən işğalçı ordusunu çıxarmalıdır. Bu ərazilərdə təhlükəsizlik beynəlxalq sülhməramlılar tərəfindən qorunmalıdır. Laçın rayonundan isə Ermənistanı Qarabağ ilə birləşdirən dəhliz yaradılmalıdır. 
Dağlıq Qarabağın hüquqi statusu isə, qaçqınların qaytarılması şərti ilə bir neçə il sonra referendum yolu ilə həll edilməlidir. Bu sənəddə əsas məqam Bakı və İrəvanın mübahisələrin həlli üçün hüquqi öhdəçilik formasında gücdən istifadədən imtina etməkləridir.
  NUH.az 
  

NUH informasiya agentliyi səhifəsindən çap edilib