Dərc edilib: 14-04-2016

https://www.nuh.az/7549-.html

Cahangir Əsgərov Gürcüstanda 155 otaqlı otel tikdirib

14.04.2016 14:37:46

Günün sitatı

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov Gürcüstanın Batumi şəhərində otel inşa etdirib. “Qazelli” adlanan oteli Türkiyənin inşaat şirkəti ərsəyə gətirb.

Bu barədə Qaynar.info-ya qonşu ölkədəki mənbələrdən məlum olub. Məlumata görə, otel təxminən 35 milyon dollara başa gəlib. 155 otağı olan otel 4 ulduzludur. Yaxın vaxtlarda otelin təntənəli açılış mərasiminin baş tutacağı gözlənilir. Qeyd edək ki, “Qazelli” AZAL prezidentinin ailə üzvlərinə məxsus brenddir. Azərbaycanın yerli kosmetika məhsulları bazarının aparıcı firması olan və 1999-cu ildə yaradılan “Qazelli”yə Əsgərovun xanımı Zərifə Həmzəyeva rəhbərlik edir. Əldə etdiyimiz məlumata görə, hazırda bu firma fəaliyyət sahələrini xeyli genişləndirib və faktiki olaraq holdinqə - “Gazelli Group”a çevrilib. “Azərbaycanda parfümeriya və kosmetika istehsalı ilə məşğul olan ilk şirkət” ünvanını daşıyan qrupa daxil olan şirkətlər artıq bir çox başqa sahələrdə, o cümlədən, turizm və otelçilikdə də irimiqyaslı işlərlə məşğuldur. 

 

    NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib