Dərc edilib: 14-04-2016

https://www.nuh.az/7553-.html

"Azərbaycan Prezidentinin Cəmiloğlu və Çubarovla görüşü olmayıb"

14.04.2016 19:30:20

Siyasət

Aprelin 14-də bəzi media orqanları İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin Krım tatarlarının liderləri Mustafa Cəmiloğlu və Refat Çubarovla görüşdüyü barədə məlumat yayıb.

Modern.az xəbər verir ki, bu məlumata münasibət bildirən Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov APA-ya açıqlamasında deyib: 
“Bəli, bu gün İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının sessiyasında fasilə zamanı Azərbaycan Prezidenti çay içərkən Cəmiloğlu və Çubarov Prezidentə yaxınlaşaraq özlərini təqdim ediblər. Beləliklə, bunu hər hansı görüş adlandırmaq olmaz”

 

 

   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib