Dərc edilib: 16-04-2016

https://www.nuh.az/7561-.html

Balakən sakini mətbuatdan kömək istəyir...

16.04.2016 17:27:00

Cəmiyyət

Azərbaycan Respublikası Balakən rayon Prokuroru Həsən Mirzəyev cənablarına

Surəti: Nuh.az saytına

Balakən rayon sakini Oynağanova Xacay Qurban qızı tərəfindən

Ə R İ Z Ə

Ərizəmlə yazıb sizə bildirirəm ki, mənim oğlum Oynağanov Abdulla Məhəmməd oğlu 2013-cü ildə həyat yoldaşı Qayqiyeva Samirə Murtuzəli qızından rəsmi qaydada boşanmışdır.

Oğlumla keçmiş həyat yoldaşı Samirə birgə yaşayış müddətində qaynanamın (yəni oğlumun nənəsinin) oğluma bağışladığı evdə yaşamışlar. Boşandıqdan sonra keçmiş gəlinim Samirə oğlumu nənəsi tərəfindən bağışlanan evə buraxmamış, evin açar kilidini çox kobud şəkildə dəyişdirərək, oğlumun öz evinə gəlməsinə mane olmuşdur.

Problemin həll olunası ilə bağlı məhkəməyə müraciət etdik və sivil yolla həllinə nail olmağa çalışdıq. Məqsədimiz heç bir münaqişənin baş verməməsi üçün idi.

Balakən Məhkəməsi ədalətli qərar çıxararaq, hər iki tərəfin evdə yerləşməsini təmin etməyə çalışdı. Biz də bu qərardan narazı deyildik. Çünki dağılmış bir ailənin (çox təəssüflər) birgə nigahdan iki azyaşlı uşaq ananın himayəsində qalmışdır. Təbii ki, keçmiş gəlinim nəvələrimi bizə verib yenidən ailə qurmaq istəyinə düşsə idi, biz uşaqları baxıb, böyütməyə razı idik.

Keçmiş gəlinim Balakən Məhkəməsinin qərarı ilə razılaşmayaraq, Şəki Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət etdi.

Bu məhkəmə Balakən Məhkəməsinin qərarını qüvvədə saxladı. Qarşı tərəf yenə Ali Məhkəməyə müraciət etdi. Ali Məhkəmə də şikayəti əsassız hesab edərək Şəki Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı. Nəhayət ki, oğluma nənəsi tərəfindən bağışlanan iki otaqlı ev bölgü əsasında hər iki tərəfə verildi. Keçmiş gəlinim hal-hazırda həmin evdə yaşayır. Yaşama hüququ yalnız uşaqlara verilib.

Oğlum yenidən ailə qurmuş və ikinci nigahdan bir övladı var. Ən böyük problemimiz də ondan sonra başladı. Keçmiş gəlinim heç bir haqqı olmadığı halda (mən və həyat yoldaşım oğlumun birinci ailəsinin dağılmaması üçün gəlinə, onun valideynlərinə çox xahiş etmişdik. Lakin heç bir müsbət cavab almamışdıq) oğlumla onun rəsmi nigahda olduğu qadınla münaqişə yaratmağa çalışır. Oğlumu və gəlinimi nalayiq sözlərlə təhgir edir. Oğlumun evdə olmadığı vaxtlarda ona hücum edərək xəsarət yetirir. Oğlumu da şərliyir.

Bu barədə polisə ərizə ilə müraciət etmişik. Həyat yoldaşımla münaqişənin olmaması üçün lazımi tədbirləri görməyimizə baxmayaraq (həyəti hasarla ortadan bölmüşük, əlavə su xətti çəkmişik, ayaq yolu tikmişik, ona lazım olan şəraiti yaratmışıq) keçmiş gəlinim Samirə gülünc bəhanələrlə özünün və oğlumun həyatını cəhənnəmə çevirməyə çalışır.

Hörmətli, Nuh.az saytı! Sizə müraciət etməyimin əsl səbəbi də vəkil problemidir. Hər dəfə sakitlik, dinc yaşayış təmin etmək istədiyimizdə keçmiş gəlinimin vəkili araya çaşqınlıq salır. Yuvası yıxılmış bir gəlini yeni münaqişələrə, dava-dalaşa sövq edir.

Vəkil Kahayev Abdusalam təqaüdə çıxmış polis işçisidir. Balakənin ayrı-ayrı kəndlərində sahə müvəkkili işləyib. İndi isə güya müstəqil hüquq məsləhətxanası açaraq, əslində insanların həyatını zərbə altına qoymaqla məşğuldur. Bu “vəkil” oğlumu şərləmək, cinayətə sürükləmək, həyat yoldaşının nəsil-nəcavətinə mənsub, əsrlərlə miras yolu ilə davam etmiş, sonda isə yenə də miras yolu ilə oğluma əmanət edilmiş mülkdən uzaqlaşdırmaq istəyir. Sözsüz ki, bu cəhd Samirənin – keçmiş gəlinimin ailəsinin və vəkilin vədləri əsasında həyata keçirilir.

Hörmətli, Nuh.az saytı! Mən Oynağanova Xacay Qurban qızı 4-cü hakimiyyət sayılan mətbuatın ədalətinə və gücünə hörmətlə yanaşaraq sizdən xahiş edirəm, ailəmizin hüquqlarının müdafiə olunmasında “vəkillərdən” uzaq olmağımıza kömək etməyinizi xahiş edirəm.

Xahişim problemimizin ictimailəşdirilməsi, aidiyyatı qurumların diqqətinə çatdırılmasıdır.

 

İmza:                                      /Oynağanova X. Q./

Pasport №: 04464964 

 

  NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib