Ərdoğan Bakıya gəlir
Aprelin 25-dən 27-dək Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.
Qaynar.info xəbər verir ki, məlumatı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.
Forum “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçiriləcək.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.
NUH.az