Dərc edilib: 18-04-2016

https://www.nuh.az/7570-.html

"Atamdan soruşdum, biz türkük, yoxsa laz..."

18.04.2016 15:14:50

Maraqlı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan toplantıların birində milli mənsubiyyəti ilə bağlı iddialara cavab verib.

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan milli mənsubiyyəti ilə bağlı atasından soruşub.

"Atamdan soruşdum ki, biz türkük, yoxsa, laz. Rizəliyik axı, bəziləri türk deyir, bəziləri laz deyir. Atam cavab verdi, babamdan soruşmuşdum bunu. Babam mənə dedi ki, axirətdə Allah bizdən dinimizi, peyğəmbərimizi, imanımızı soruşacaq. Qövmün (milliyyətin) kimdir, deyə soruşmayacaq", deyə Ərdoğan bildirib. 

 

 

   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib