Dərc edilib: 18-04-2016

https://www.nuh.az/7576-.html

Sabirabadda şəhidlərin xatirəsi yad edildi

18.04.2016 18:24:56

Cəmiyyət

Qarabağ döyüşlərində qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsini yad etmək üçün bölgələrimizdə tədbirlər keçirilir, ehsan süfrələri açılır. İnsanlarımız imkanları daxilində şəhidlərimizin qarşında öz mənəvi borclarını ifadə edirlər.

 Tədbirlər eyni zamanda vətənpərvərlik təbliğatında, gənclərimizin vətənə olan sevgisinin formalaşmasında ciddi rol oynayır. Belə tədbirlərdən biri bu günlərdə Sabirabad rayonu İsfəndiyar Mirzəyev adına Bulduq kənd tam orta məktəbində keçirilib. Tədbir məktəbin tarix müəlliməsi Elnarə Babazadənin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.

Tədbirdə kəndin mollası, Ulacalı kənd icra numayəndəsi Vüqar Babayev, məktəbin direktoru Sahil İmanov, direktor müavini Mübariz Fətəliyev, Böyükxan müəllim, Ulacali kənd bələdiyyə sədri Ziyadxan Gözəlov və başqa şəxslər iştirak edib. Tədbirdə məktəbin şagirdləri şəhidlərlə bağlı, vətən haqqında şeirlər, mahnılar səsləndirib.

 

13014849_1183155105062693_1709692791_n 13014918_1183154735062730_201531737_n 13014924_1183154608396076_914888343_n 13014970_1183154408396096_1989114115_n 13020488_1183154951729375_2117853818_n

NUH informasiya agentliyi səhifəsindən çap edilib