Dərc edilib: 19-04-2016

https://www.nuh.az/7578-.html

Bakı Metropoliteninin iki stansiyasının açılışıdır - Sərnişinlərə şad xəbər

19.04.2016 11:42:28

Maraqlı

Bu gün Bakı Metropoliteninin "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyasının açılışı olacaq.

Qaynarinfo.az xəbər verir ki, "Avtovağzal" və "Memar Əcəmi" stansiyası sərnişinlərin istifadəsinə veriləcək.

"Memar Əcəmi-2" stansiyası 5 mərtəbədən ibarətdir, stansiyada müxtəlif səviyyəli keçidlərdən istifadə olunacaq. Stansiyanın 3 giriş-çıxışı var. Burada ümumilikdə 4 lift quraşdırılacaq. Habelə yanğına qarşı avtomatik mühafizə sistemləri, rabitə sistemləri, elektrik avadanlıqları quraşdırılıb. 

"Avtovağzal" stansiyasının isə 8 giriş-çıxışı nəzərdə tutulub. Burada 20 eskalator və 8 travelator, həmçinin, fiziki qüsurlu insanlar üçün lift də quraşdırılıb. Hər iki stansiya və bundan sonra "Bənövşəyi xətt" üzrə tikiləcək stansiyaların paltformasının uzunluğu 144 metrdir.

Qeyd edək ki, "Avtovağzal" stansiyasının tikintisinə 2009-cu ildən başlanmışdı.

İki yeni stansiyanın açılışı ilə Bakı Metropolitenini stansiyalarının sayı 25-ə çatacaq.

 

 

   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib