Dərc edilib: 21-04-2016

https://www.nuh.az/7598-.html

Rauf Nağıyevin təcili tibbi yardım biznesi – ŞOK FAKTLAR

21.04.2016 17:08:02

Günün sitatı

BŞTTYS-nin baş həkimi işinin öhdəsindən gəlməyi bacarmır

O, «saxta sənəd düzəltmə» ittihamı ilə işdən azad olunmuş müdiri yenidən necə işə bərpa edib?

 

Dünyanın demək olar ki, əksər ölkələrində səhiyyə sektoruna xüsusi diqqət yetirilir. Azərbaycanda da səhiyyəyə dövlət qayğısı ən yüksək səviyyədədir. Son 10 ilə diqqət yetirsək görərik ki, ölkəmizdə onlarla yeni tibb ocağı tikilib istifadəyə verilib, yüzlərlə səhiyyə müəssisəsi isə əsaslı şəkildə təmir olunub. Dövlət büdcəsindən səhiyyə sektoruna hər il milyonlarla vəsait ayrılır. İnsaf naminə qeyd etmək lazımdır ki, tibb ocaqlarının, həkimlərin arasında işinə peşəkar səviyyədə münasibət göstərənlər var, amma onların sayı barmaqla sayılası qədərdir. Həkimlərin bir çoxu vətəndaşdan nəysə umur. Səhiyyəmizin ən ağrılı yerlərindən biri təcili tibbi yardımın təşkili ilə bağlıdır. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTYS) fəaliyyətində qanun pozuntuları bir-birini əvəz etməkdədir. Xatırladaq ki, stansiyanın baş həkimi Mürsəl Həmidov bir müddət əvvəl tutduğu vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə isə Rauf Nağıyev təyin olunub. Qeyd edək ki, Rauf Nağıyev 2011-ci ilə qədər Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında baş həkimin müavini postunu tutub. Bundan sonra bir müddət Bakı Şəhər Səhiyyə İdarəsinin rəis müavini işləyib. Bir müddət əvvəl isə kimlərinsə himayəsi altında paytaxtın təcili tibbi yardım sisteminin başına gətirildi. Gundelik-baku.com-a verilən informasiyaya görə, Rauf Nağıyevin gəlişi sözügedən qurumda heç nəyi dəyişməyib: «Hazırda Bakı şəhəri ərazisində təcili tibbi yardım xidmətinin təşkili ən bərbad səviyyədədir. Təcili tibbi yardım maşınları çağırılan ünvana vaxtında çatmırlar. Vətəndaşların ən çox şikayəti məhz bununla bağlıdır. Digər tərəfdən, dövlət tərəfindən təcili tibbi yardım stansiyalarına zəruri dərman preparatları və tibb avadanlıqları verilsə də, təcili tibbi yardım işçiləri çağırışa gedən zaman lazım olan dərmanları tapa bilmirlər. Çünki stansiyaların baş həkimləri həmin dərman və ləvazimatları özlərinə yaxın olan apteklərə satırlar. Rauf Nağıyev baş həkim təyin olunandan sonra öz bildiyi kimi işləməyə başladı. Onun daha çox hədə-qorxu, təhdid dili ilə danışmasını tabeliyində olanlar çox gözəl bilirlər. 19 saylı stansiyasının müdiri olan Arzu Qurbanova 2005-ci ildə 4 saylı köməkçi stansiyadan “saxta sənəd düzəltmə” ittihamı ilə işdən azad olunub. Bir ilə yaxın işsiz qaldıqdan sonra Rauf Nağıyevin köməkliyi ilə 19 saylı Təcili Tibbi Yardım stansiyasına müdir vəzifəsinə keçirilib. Bu onun tutduğu vəzifədən hansı məqsədlərlə istifadə etdiyini göstərir. Paytaxtın ayrı-ayrı səhiyyə ocaqlarında onun himayə etdiyi imtiyazlı kadrlar ordusu fəaliyyət göstərir. Belə kadrlar üçün heç bir qanun, göstəriş mövcud deyil. Onlar yalnız Rauf Nağıyevin əmrlərinə tabedirlər. Vəzifə səlahiyyətlərindən istifadə edən Rauf Nağıyev öz doğma bacısını da unutmayıb. Qardaşının köməkliyi ilə paytaxtın səhiyyə müəssisələrindən birində rəhbər vəzifəyə təyin olunan İradə Musayeva da Azərbaycan səhiyyəsinə öz “əvəzsiz xidmətlərini” göstərir». Məlumatlı şəxs iddia edir ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev üzərinə düşən işi lazımınca icra edə bilmir: «Stansiyanın həkimlərinin xəstə canını təslim etdikdən sonra çağırılan yerə çatmaları məhz bunu deməyə əsas verir. Təcili tibbi yardım maşınlarının əksəriyyəti nasaz vəziyyətdədir. Çünki həmin maşınlar üçün nəzərdə tutulan ehtiyat hissələrinin pulu mənimsənilir. Sənəd üzərində maşınlara ehtiyat hissələrinin alındığı göstərilir, lakin reallıqda vaəziyyət tamamilə başqa cürdür. Ən biabırçı vəziyyət isə odur ki, bir sıra hallarda təcili tibbi yardım maşınlarında benzin olmur. Səbəb isə çox sadədir. Təcili tibbi yardım maşınlarının sürücüləri dövlətin ayırdığı yanacağı satıb özlərinə xeyir götürürlər. Bakı şəhərində yerləşən bütün təcili tibbi yardım stansiyalarında vəziyyət acınacaqlıdır. Rauf Nağıyev köhnə problemləri aradan qaldırmaq əvəzinə, qanunsuz yollara baş vuraraq milyonlar qazanır». Sonda bir məsələni də diqqətinizə çatdırmaq istəyirik. Deyilənə görə, Rauf Nağıyev baş həkim təyin olunandan bir neçə ay sonra Buzovnada iki villanın tikintisinə başlayıb. Bu barədə növbəti yazımızda ətraflı oxuya biləcəksiniz. Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

 

  NUH.az 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib