Dərc edilib: 24-04-2016

https://www.nuh.az/7616-.html

“Dollar paylayan qız” Kəlbəcərin icra başçısının övladıdır?

24.04.2016 18:28:29

Cəmiyyət

 

Bu gün  modern.az  saytının yaydığı xəbərdən bəlli olur ki, Azərbaycanın icra başçılarından birinin ABŞ-da (Vaşinqton) yaşayan qızı öz dostlarını verdiyi qonaqlıqla heyrətləndirə bilib. Təxminən bir ay öncə yaxın çevrəsini ətrafına toplayan bu xanım onlara “Dollar qonaqlığı” verib. 

Onun təşkil etdiyi məclisə təşrif buyuranların hər birinin boşqabına 100 dollarlıq əskinaslar düzülüb.

NUH.az-a  daxil olan məlumata görə, həmin qız  Kəlbəcərin icra başçısı Aqil Məmmədovun övladıdır.

Məlumatı dəqiqləşdirmək üçün  Kəlbəcər rayon icra hakimiyyəti ilə telefon əlaqəsi ( 022-267-50-08 ) saxlamaq  cəhdimiz nəticəsiz qaldı.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib