Dərc edilib: 25-04-2016

https://www.nuh.az/7618-.html

Qaynar.info doqquzluğa vurdu - Yubileyə doğru

25.04.2016 11:56:57

Cəmiyyət

Bu gün Azərbaycanın populyar xəbər portalı Qaynar.info-nun 9 yaşı tamam olur.

Azərbaycandilli xəbər portalları içində ən qocamanı olan Qaynar.info-nun əsası 25 aprel 2007-ci il tarixində qoyulub.

Yarandığı ilk gündən müstəqilliyini və obyektivliyini qoruyan Qaynar.info cəmiyyətin bütün təbəqələrinin tribunası olmağı hədəfləmiş və bu illər ərzində prinsiplərinə sadiq qalmağı bacarmışdır. 

Ölkənin informasiya məkanında əhəmiyyətli mövqeyə malik olan Qaynar.info bütün çətinliklərə rəğmən inkişaf etməyə və  böyüməyə davam edib.

Artıq "Qaynar-Media" çətiri altında bir neçə sayt (sport7.az, 365.Az, Edebiyyat.biz, Alokitab.az, Vitrin.Az) fəaliyyət göstərir. 

Bu ildən etibarən Qaynar.info həm də rusdillli versiyasını istifadəyə verməklə regionun informasiya məkanında ciddi hədəflərinin olduğunu ortaya qoydu.

Böyük yubileyinə - 10 illiyinə hazırlaşan sayt rəhbərliyi il ərzində bir çox yeni layihələrə də start verməyi nəzərdə tutur.

Qeyd edək ki, Qaynar.info portalına Zahir Əzəmət rəhbərlik edir.

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib