Dərc edilib: 25-04-2016

https://www.nuh.az/7619-.html

Ərdoğan bu gün Bakıya gəlir

25.04.2016 12:32:13

Günün sitatı

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.

Modern.az Türkiyə prezidentinin saytına istinadən xəbər verir ki, Ərdoğan Bakı vaxtı ilə saat 16:30-da Azərbaycana yola düşəcək.  

Türkiyə rəhbəri Bakıda keçiriləcək Sivilizasiyalararası Qlobal Forumda iştirak etmək üçün ölkəmizə səfər edəcək.  

Ərdoğanı böyük nümayəndə heyəti müşayiət edəcək.

Nümayəndə heyətində baş nazirin müavini, xarici işlər, iqtisadiyyat, energetika və mədəniyyət nazirləri təmsil olunacaq.  

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib