Dərc edilib: 26-04-2016

https://www.nuh.az/7630-.html

Bulaq restoranındakı atışmaya görə nazirə müraciət olundu

26.04.2016 14:20:53

Kriminal

“Ailəsi bildirir ki, "Bulaq" restoranındakı hadisə ilə bağlı axtarışa verilən oğluna görə ağır xəstə ata Rafiq Allahyarov 3 gündür Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) girov saxlayırlar”.

Modern.az saytı xəbər verir ki, bu haqda vəkil Elçin Sadıqov məlumat verib.

O, bildirib ki, ailəsindən azuqə də qəbul etmirlər: “Deyirlər ki, oğlu gəlsin sonra buraxacağıq. Bu üç gün ərzində dəfərlərlə Allahyarov Rafiq Rəhim oğlunun halı pisləşdiyindən BMCMİ-yə təcili tibbi yardım gəlib. Onun həyatı təhlükədədir. Vəkili olaraq məni də görüşə buraxmırlar”.

E.Sadıqov daxili işlər nazirinə müraciət ünvanlayıb:

“Buradan açıq şəkildə daxili işlər naziri cənab Ramil Usubova müraciət ünvanlayaraq, xahiş edirəm ki, Allahyarov Rafiq Rəhim oğlu ilə görüşməyimə icazə verilməsi və onun qanunsuz həbsdən azad edilməsinə göstəriş versin”.

Daxili İşlər Nazirliyi Badamdarda yerləşən "Bulaq" restoranındakı atışma ilə bağlı yaydığı məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində aprelin 21-də paytaxtın Səbail rayonu ərazisində Bakı şəhər sakinləri Fuad Əkbərova və Süleyman Abdullayevə xəsarət yetirmiş paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və Bəhruz Rəfiyev tutulub, hadisə zamanı istifadə edilən "Revolver" tipli tapança və 5 ədəd patron götürülüb.

Faktla əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120-ci, 221-ci və 228-ci maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, aprelin 22-də Badamdar qəsəbəsində, "Bulaq" kafesində müştərilər arasında dava düşüb. Restoranda baş verən silahlı insident iştirakçılarının içərisində idmançılar da olub. İnsident zamanı Fuad Əkbərov və Süleyman Abdullayev güllə yarası alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Gülşən RAUFQIZI

NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib