Dərc edilib: 26-04-2016

https://www.nuh.az/7631-.html

Aydın Kazımov: “Artıq islahatlar nəticə verir”

26.04.2016 15:18:38

İqtisadiyyat

 “Manatın möhkəmlənməsi prosesi davam edəcək”

Bu il fevralın 2-də iqtisadçı Aydın Kazımov Qafqaznews.az saytının suallarına cavab olaraq bildirmişdi ki, yaxın dövrlərdə dolların qiymətinin aşağı düşməsi gözlənilir. Fevral ayında demək olar ki, bütün ekspertlər dolların bahalaşması proqnozlarını versələr də, iqtisadçı A.Kazımov bunun əksini bildirmişdi. Manatın məzənnəsində yüksəliş çox olmasa da, fevral və martdakı məzənnəyə nisbətən, cəmiyyətdə nikbinliyə səbəb oldu. Lakin ölkə iqtisadiyyatının problem və perspektivləri hələ də sual altındadır. Bununla əlaqədar A.Kazımova bəzi suallarla müraciət etdik. O, aşağıdakıları bildirdi: «Fevral ayında qeyd etmişdim ki, manatın ucuzlaşması maliyyə sistemindəki fəsadlarla, maliyyə qurumlarının səhlənkarlığı, banklara ciddi nəzarətin olmaması ilə bağlıdır. Lakin inam var idi və indi də var ki, dövlətin gördüyü tədbirlər tezliklə öz bəhrəsini verəcək. Hal-hazırda hamıya məlumdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sistemli iqtisadi islahatlar nəticəsində maliyyə sistemi tənzimlənib”.

Ekspert aşağıdakı tədbirləri qeyd edib: “İslahatlara nəzarətin Prezident Administrasiyası tərəfindən gücləndirilməsi, islahatlar üzrə yeni təyinat; Maliyyə bazarlarına nəzarət palatasının yaradılması və nəticədə bankların fəaliyyətinə nəzarətin gücləndrilməsi; Biznes mühitinin tənzimlənməsi, gömrük , vergi və maliyyə sistemində yeniliklər və nəticədə səmərəli biznes mühitinin yaradılması; Dövlət tərəfindən xarici investorların Azərbaycan iqtisadiyyatına cəlb edilməsi; ABŞ-ın Federal Ehtiyat Fondunun dollarn uçot dərəcəsinin yüksəltməməsi; Respublikada dollalaşma siklinin yekunlşması və neftin qiymətinin nisbətən yüksəlməsi; Dövlət tərəfindən düzgün maliyyə siyasətinin aparılması və sair tədbirlərin həyata keçirilməsi”.

“Əlavə olaraq daha nə manatın bahalaşmasına səbəb olmuşdur? “,- sualına o bildirdi ki: “Təbii ki, əlavə səbəblər də var.Belə ki, bəzi hörmətli iqtisadçıların və Milli Məclis deputatlarının əhaliyə müraciətləri, dövlət tərəfindən xeyli miqdarda valyuta ehtiyatlarının hərraca çıxarılması və təbii ki, Novruz bayramı ərəfəsində əhalinin böyük məbləğdə dollar yığımının manata dəyişdirilməsi”.

Eyni zamanda, ənənəvi olaraq bayram ərzində xaricdə işləyən və yaşayan azərbaycanlıların vətənə qayıtması nətcəsində böyük həcmdə dolların Azərbaycana daxil olması. 2016-cı ilin sonunadk dolların məzənnəsi barədə hansı proqnozu verə bilərsiniz? – sualına Aydın Kazımov belə cavab verdi: “Bilirsiniz illik proqnoz vermək üçün əlavə hesablamalar aparmaq zərurəti vardır.Lakin, əminliklə deyə bilərik ki, Azərbaycan iqtisadiyyatında böyük nailiyyətlər əldə olunacaq, amma II rüb üçün hesablamaların nəticəsi belədir ki, ilin 1-ci yarımilliyində manatın möhkəmlənməsi prosesi davam edəcək. ABŞ dollarının məzənnəsinin 1,40-1,45 manat olacağı gözlənilir”. O əlavə edib ki, ilin ikinci yarımilliyində isə manatın möhkəmlənməsi aparılan iqtisadi islahatların davamlı olmasından asılıdır.

Sənan Məmmədli.  /Qafqaznews.az/

 

  NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib