Dərc edilib: 27-04-2016

https://www.nuh.az/7641-.html

Bizim Əli ... Xalqa xidmət Allaha xidmətdir...

27.04.2016 19:03:03

Cəmiyyət

Çoxlarının bəyənmədiyi sovet dövlətində şairlər, yazıçılar, rəssamlar  adi adamların, kəndlinin, kolxozçunun, fəhlənin, pambıqçının, neftçinin həyatı ilə bağlı əsərlər yaradır, mahnılar bəstələyirdilər.

Düzdür, bəziləri bunu dövlətin sifarişi hesab edir və ağız büzürdülər. Həmin kəslər başa düşmürdü ki, dahi şair olan Nizami Gəncəvi də “Kərpickəsən kişi” ilə bağlı dastan yaradıb. Məgər Nizamiyə də sovet hökuməti sifariş vermişdi..?

 

Sözümün canı odur ki, xalqa qulluq edən, cəmiyyətin xidmətində duran sadə adamların həyatı başqalarına nümunə olmaq üçün həmişə təbliğ olunmağa layiqdir.

Ölkə başçısı İlham Əliyev əbəs yerə demir ki, bizim əsas işimiz xalqa qulluq etməkdir.

Bəli, vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq hər bir vətəndaşın əsas işi öz cəmiyyətinə qulluq etməkdir.

Və bilməliyik ki, xalqa qulluq edən adam Allaha qulluq edir.

 

Haqqında söz açacağımız  adam sıradan bir  ictimai-iaşə işçisi olsa da özünün xoş rəftarı ilə, gözəl xasiyyəti ilə  və ən əsası mədəni rəftarı ilə çoxlarına nümunə olmağa layiqdir.

Bəli, Əli adlı qardaşımız  ən əsası  insanlarla  rəftar etməyi gözəl bacarır. Yəni insanlara ancaq gəlir mənbəyi kimi baxmır. Əlbəttə, hər bir  insan çalışdığı sahədə pul qazanmaq, xeyir götürmək, indiki dillə desək öz biznesini genişləndirmək istəyir. Unutmayaq ki, hazırda bazar iqtisadiyyatı dövrünü yaşayırıq. Bu müəllimə də, kafe müdirinə də, şairə də, alimə də aiddir. Ancaq insanlara əmtəə  kimi, qazanc mənbəyi kimi baxmaq olmaz. İlk növbədə insana layiqli  xidmət lazımdır. Müəllim öz şagirdinə, həkim öz xəstəsinə, ticarət işçisi öz müştərisinə ancaq və ancaq qazanc mənbəyi kimi baxanda cəmiyyət korlanır. 

 

Haqqında söz açdığımız  Əli ( Cabbarov Əli Vahid oğlu ) qardaşımız da öz nümunəvi xidməti ilə çoxlarına nümunə olmağa layiqdir.

 

Yazının başlığında əbəs yerə “Bizim Əli..” yazmadıq.

Bəli, “bizim..” anlayışı çox dərin anlayışdır.

Həzrəti Peyğəmbərimiz Məhəmməd (s.ə.s) əbəs yerə deməyib ki, kiçiyinə qayğı, böyüyünə hörmət göstərməyən BİZ-dən deyil.

Bəli, ən əsas məsələ insana hörmətdir.

Bu gün  qardaşımız Əlinin doğum günüdür.

Onu dostlarımız adından təbrik edirik, ona və doğmalarına  xoşbəxtlik arzulayırıq.

 

    NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib