Dərc edilib: 28-04-2016

https://www.nuh.az/7644-.html

Nazirlik 216 nəfərə xaricə getməyi qadağan etdi

28.04.2016 13:09:53

İqtisadiyyat

Vergilər Nazirliyi 216 nəfər fiziki şəxsin vergi borcuna görə ölkədən getmə hüququnu müvəqqəti məhdudlaşdırıb.

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir”, - deyə nazirliyin açıqlamasında qeyd edilib.//azvision/

 

  NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib