Dərc edilib: 28-04-2016

https://www.nuh.az/7647-.html

Restoranda baş vermiş atışma ilə bağlı daha iki nəfər tutuldu

28.04.2016 16:04:16

Kriminal

Bakıda “Bulaq” restoranında baş vermiş atışma ilə bağlı daha iki nəfər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Nərimanov Rayon Polis İdarəsi, Qazax Rayon Polis Şöbəsi və Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 21-də Səbail rayonu ərazisindəki “Bulaq” restoranında baş vermiş münaqişə zamanı “Makarov” markalı tapançadan atəş açaraq Fuad Əkbərova və Süleyman Abdullayevə xəsarət yetirmiş paytaxt sakini, əvvəllər məhkum olunmuş Samir Allahyarov Qazax rayonu ərazisində tutulub. Onun hadisəni törədərkən istifadə etdiyi silahı gizlətmək üçün həmyerlisi Cavidan Şeydayevə verməsi müəyyən edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq C.Şeydayev tutulub, onun kirayədə yaşadığı mənzilə baxış zamanı “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 2,510 qram heroin aşkar edilərək götürülüb.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib