Dərc edilib: 29-04-2016

https://www.nuh.az/7659-.html

Xaçmazın icra başçısı olmaq istəyən iş adamı

29.04.2016 15:12:43

Cəmiyyət

«Aysberq» Pivə Zavodunun sahibi Qasım Muradov Şəmsəddin Xanbabayevin postuna göz dikib

 

«Aysberq» Pivə İstehsalat Müəssisəsinin təsisçisi Qasım Muradovun işindəki nöqsanlar barədə bir neçə ay əvvəl mətbuatda məlumat yayılmışdı.

Bildirilirdi ki, işlətdiyi fəhlələrin pulunu mənimsəməkdə suçlanan və bir sıra qanunsuz əməllərinə görə Nərimanov Rayon Polis İdarəsində dindirilən

"Aysberq" Pivə İstehsalat Müəssisəsinin təsisçisi Qasım Muradovun işi araşdırılması üçün Xaçmaz polisinə göndərilib.

Bu barədə məlumatı direktordan şikayətçi olan Paşa Əliyev vermişdi: «Qasım Muradovdan daha 10 nəfər fəhlə polisə müraciət edərək,

əmək haqlarının verilməsini və onlara müxtəlif yollarla edilən təzyiqlərin dayandırılmasını istəyiblər.

Pivə zavodunun müdiri özünə hər il evlər və müxtəlif obyektlər tikdirir və həmişə də fəhlələrin əmək haqlarını mənimsəyir.

Kimsə ona etiraz edəndə hədələyir, şikayət verirsən, polis çox vaxt baxmır. Qudurğanlıq edir. Təsəvvür edin ki, rayonda nə qədər tikinti materialı satan dükanlar var, hamısına borcludur.

Çoxu haqqını tələb etməyə qorxur. Biz bundan əvvəl də onun işini görmüşük. Pivə zavodunun da üzləmə-fasad işlərini görmüşəm.

Onda bizim 10 min manatımızı kəsdi. Nə qədər çalışdıq ala bilmədik. Mən o işdə də ziyana getdim və məsələ ilə bağlı sahibkarın böyük qardaşına şikayət etdim.

 

O, sözü gedən borcu mənə verməməklə yanaşı, qaçıb gizlənir və zəng edəndə məni təhqir edirdi.

 

Mən onunla görüşməyi də təklif etdim, ancaq o gəlmədi. Uzun müddətli söz-söhbətdən sonra zəng edib dedi ki,

gəlin, başqa işlərim var, onu həll edin, qalan borcu da bu işləri gördüyünüz vaxt qaytararam.

"Köhnə söz-söhbəti bağlayaq" - dedi və olanlara görə mənə üzrxahlıq etdi. Yenidən onun şirin dilinə aldanıb rəhbərlik etdiyim işçi heyətilə birlikdə ona Xaçmazda yeni mənzil tikdik.

Qasım Muradovun mənzilinin tikintisindən sonra o pivə zavodunda bizim başımıza gətirdikləri oyunu yenidən təkrar etdi».

Sonradan iş adamı ilə fəhlələr arasında yaranmış bu problem həllini tapdı.

Başqa sözlə desək, müəssisə rəhbəri məsələ mətbuatda ictimailəşəndən sonra məcburiyyət qarşısında fəhlələrin pulunu qaytardı.

Bu məsələdən sonra Qasım Muradovun adı mətbuatda çəkilmirdi.

Özəl mənbələrdən aldığımız məlumatlara görə, maliyyə imkanları kifayət qədər geniş olan Qasım Muradov Xaçmaz İcra Hakimiyyətinin başçısı keçmək arzusundadır.

Deyilənə görə, o bu məqsədlə rayonun icra hakimi Şəmsəddin Xanbabayevin əleyhinə kampaniyaya başlayıb və onun barəsində özünə yaxın KİV-lərdə «qara piar» xarakterli

yazılar dərc etdirir: «Qasım müəllim icra başçısının kreslosunu ələ keçirmək uğrunda bütün əlaqələrini işə salıb.

İş adamı rayonun bir sıra ərazilərində abadlıq işləri həyata keçirərək sakinlərdə özünə qarşı müsbət imic yaratmağa çalışır». Mövzu ilə bağlı qarşı tərəfi də dinləyə bilərik. Gundelik-baku.com 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib