Dərc edilib: 02-05-2016

https://www.nuh.az/7682-.html

Daha bir tikinti şirkəti dələduzluqda ittiham olunur

02.05.2016 13:01:38

İqtisadiyyat

Bakıda fəaliyyət göstərən daha bir tikinti şirkəti dələduzluqda ittiham edilir.

Report-un xəbərinə görə, Bakı şəhər sakini 37 yaşlı Elmira Süleymanova hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, B.Sərdarov küçəsi – 4 ünvanında yerləşən “Qlobal” MMC-nin inşa etdiyi binadan 36 739 manata mənzil alıb.

Lakin bir müddət sonra həmin binada tikinti işlərinin dayandırıldığını görüb. O, pulunu geri istəsə də, yalnız 1 500 manatını geri ala bilib. Pulun qalan hissəsi isə qaytarılmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib