Dərc edilib: 02-05-2016

https://www.nuh.az/7689-.html

Rövnəq Abdullayevin oğlu İstanbulda cərimələndi

02.05.2016 16:37:59

Günün sitatı

Sərxoş halda saxlanılan Rəşad Abdullayev cərimə olunub və sürücülük vəsiqəsindən 2 illik məhrum edilib

 

İstanbulda yol polisi reyd zamanı SOCAR rəhbəri Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev saxlanılıb.

 

Lent.az azadliq.info-ya istinadən xəbər verir ki, Rəşad Abdullayev dostları ilə əyləncədən qayıdarkən İstanbulun Ortaköy bölgəsində reydə tuş gəlib. Bu barədə məlumatı Türkiyənin “Sözçü” internet portalı yayıb. Saytın məlumatına görə, olduqca içkili görünən Abdullayev polislərin alkolmetrə üfürmək təklifini rədd edib və yol polisinə çətinlik törədib. Yol polisindən buraxılmağını tələb edən Abdullayev cibindəki Azərbaycan, Kaliforniya və Qatar sürücülük vəsiqələrini çıxarıb və onun üstünə ataraq “al, hansını istəyirsən, sənin olsun” – deyib.

 

Bununla belə, millət vəkilinin oğlu cəza almaqdan yaxasını qurtara bilməyib. Polis onu 2000 türk lirəsi (1079 manat) cərimə və 2 illik sürücülük hüququndan məhrum edib. SOCAR rəhbərinin oğlu dostlarının avtomobilinə əyləşərək, hadisə yerini tərk edib. 

 

   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib