Dərc edilib: 03-05-2016

https://www.nuh.az/7698-.html

Milli Məclisə təkrar seçkilərdə 6 nəfər iştirak etmək istəyir

03.05.2016 18:48:42

Cəmiyyət

90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə iştirak üçün 6 nəfər müraciət edib.

 

Modern.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

Onun sözlərinə görə, namizədlərdən ikisi siyasi partiyalardan, dördü isə müstəqildir. Belə ki, siyasi partiyaları təmsil edən namizədlərdən biri Yeni Azərbaycan Partiyası, digəri isə Ümid Partiyasından müraciət edib.

 

     NUH.az 

 

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib