Dərc edilib: 04-05-2016

https://www.nuh.az/7703-.html

Şəmkir sakini 10 ildir oğlunu axtarır

04.05.2016 13:13:01

Kriminal

 

Polsi  tamah məqsədilə  məsələni ört-basdır edir 

 

Şəmkir sakini Ziyafət Hüseynovanın  NUH.az-a müraciəti daxil olub.

Ziyafət xanım bildirir ki,  1990-cı il təvəllüdlü oğlu Hüseynov Babək Məhərrəm oğlu 2007-ci il sentyabrın 22-də  odun yığmaq məqsədilə evdən çıxıb və həmin gündən itkin düşüb: “Polis təhqiqatı zamanı Bəşir adlı  çoban Babək Hüsynovu  Çalburunda Musa adlı sahibkarın  fermasında-yatağında  gördüyünü bildirib. Ancaq sonradan polislər  tamah məqsədilə məsələni ört-basdır ediblər”.

Şəmkir sakini oğlunun tapılması üçün daxili işlər naziri cənab Ramil Usubovdan kömək istəyir.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib