Dərc edilib: 05-05-2016

https://www.nuh.az/7713-.html

Türkiyənin baş naziri Əhməd Davudoğlu istefa verib

05.05.2016 19:18:50

Dünya

Türkiyənin baş naziri Əhməd Davudoğlu istefa verib.

"Report" xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu mayın 5-də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Bu gün partiyanın sədri Əhməd Davudoğlunun başçılığı altında İdarə Heyətinin toplantısı olub. Yığıncaq bu il mayın 28-də Ədalət və İnkişaf Partiyasının fövqəladə qurultayın keçirilməsi haqda qərar qəbul edib. Həmin toplantıda Əhməd Davudoğlunun namizədliyini irəli sürməyəcək.

Partiyanın ali orqanı təşkilata həm də yeni sədr seçəcək.

Əhməd Davudoğlu 2014-cü il avqustun 27-dən Türkiyə hökumətinə başçılıq edir.

Qeyd edək ki, mayın 4-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla baş nazir Əhməd Davudoğlu arasında bir saat 40 dəqiqəlik görüş keçirilib. 

 

 

 NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib