Dərc edilib: 06-05-2016

https://www.nuh.az/7715-.html

Ermənistanda yezidilər ayağa qalxdı

06.05.2016 09:29:56

Dünya

“Bütün yezidi təşkilatlar etiraz edirlər”.
Yezidilər icmasının onlarla üzvü Ermənistan prezidentinin iqamətgahı yaxınlığında etiraz aksiyası keçirib.
Virtualaz.org  bildirir ki, onlar həbs olunmuş sahibkar Djindi Amaryanın azadlığa buraxılmasını tələb ediblər.
Etirazçılar onun həbsini qeyri-qanuni hesab edirlər. “Şams” humanitar ictimai təşkilatının rəhbəri Rüstəm Bakoyan erpress.a saytına açıqlamasında bildirib ki, Amaryan aprelin 2-dən həbsdədir.
Ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (qəsb, geniş miqyasda əmlak əldə etmək məqsədi ilə törədildikdə) ittiham irəli sürülüb.
“Bütün yezidi təşkilatları, əhalisi və məmurları etiraz edirlər ki, səslərini ölkə prezidentinə çatdırsınlar. Amaryanı günahkar olmadığı işə görə ittiham edirlər. Deyirlər ki, o guya özünə məxsus olan restoranlardan birindən nəyi isə qəsb edib.
Amma bizdə dəqiq məlumat var ki, o belə bir şey etməyib. Həmin hadisədən əvvəl onun anası dünyasını dəyişmişdi və o, matəm içərisində idi. O başqa heç bir şeylə məşğul ola bilməzdi”, - deyə qohumları sayta bildiriblər.
  
   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib