Dərc edilib: 06-05-2016

https://www.nuh.az/7717-.html

MTN generalları ilə bağlı qərar verildi

06.05.2016 11:26:01

Cəmiyyət

Akif Çovdarovun və ləğv olunmuş MTN-in digər generallarının işi üzrə istintaq başa çatıb, prokurorluq materialları məhkəməyə verməyə hazırlaşır.

Qaynarinfo.az bildirir ki, istintaqa yaxın mənbələrdən virtualaz.org-a məlum olub ki, mühakimə olunanların hamısı hərbçi olduğundan onların işinə Hərbi Məhkəmədə baxılacaq.

Bundan başqa, o da bildirilir ki, generalların məhkəməsi qapalı keçiriləcək.

Xatırladaq ki, "MTN işi" ilə bağlı həmin qurumun yüksək vəzifəli onlarla generalı və zabiti həbs olunub. Onların hamısı cinayətkar qrup yaratmaqda, banditizm, korrupsiya və adam oğurluğu cinayətlərində ittiham olunurlar.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib