Dərc edilib: 08-05-2016

https://www.nuh.az/7730-.html

Keçmiş prezidentinin oğluna 30 il iş kəsildi

08.05.2016 10:39:04

Cəmiyyət

Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiyevin oğlu Maksim Bakiyev iqtisadi cinayətlərin törədilməsində günahkar bilinərək, 30 il müddətinə azadlıqdan məhrum edilib.   

Virtualaz.org «İnterfaks» agentliyinə istinadən xəbər veriur ki, bundan əlavə, Maksim Bakiyev iri məbləğdə cərimə ödəyəcək və onun əmlakı müsadirə ediləcək.   Eks-prezidentin oğlu cinayətkar üsullarla qazanılmış pulların yuyulmasında, dələduzluqda və digər bu kimi cinayət əməllərində iştirakına görə ittiham olunurdu.  

2010-cu ilin aprel ayında devrilmiş prezidentin ailəsi beynəlxalq axtarışdadır. Kurmanbek Bakiyevin özü qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib. O, kütləvi qırğınlar törətməkdə və digər ağır cinayətlərdə ittiham edilir.  

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib