Dərc edilib: 09-05-2016

https://www.nuh.az/7739-.html

Kılıçdaroğlu: "Bu saray çevrilişidir"

09.05.2016 19:39:01

Region

Türkiyədəki əsas müxalifət hesab olunan Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu ölkədə “saray çevrilişi” baş verdiyini deyir. O, bildirib ki, baş nazir Əhməd Davudoğlunun istefasında məqsəd Rəcəb Tayyip Ərdoğanı daha güclü prezident etməkdir və bu saray çevrilişidir.

 

"Azadlıq" radiosunun məlumatına görə, Kılıçdaroğlu bildirib ki, buna hakim partiya daxilində problem kimi baxmaq olmaz, bu 64-cü hökumətə qarşı çevrilişdir və Davudoğlu istefayla buna zəmn yaradıb.

O, deyib ki, bütün respublikaçılar, demokratlar və ziyalılar buna qarşı çıxmalıdır.

Qeyd edək ki, Əhməd Davudoğlu mayın 4-də hakim Ədalət və İnkişaf Partiyasının liderliyi və baş nazirlikdən gedəcəyini bəyan edib.

Davudoğlu deyib ki, partiyanın qarşıdan gələn qurultayında bu vəzifələr uğrunda mübarizə aparmayacaq

Rəcəb Tayyip Ərdoğan Türkiyədə prezident üsul-idarəsi qurmaq və buna görə konstitusiyanı dəyişmək fikrindədir.

Hazırda Türkiyədə parlament sistemidir.

 

 

   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib