Dərc edilib: 11-05-2016

https://www.nuh.az/7750-.html

Parabank, Məşədi İbad və 2 % söhbəti...

11.05.2016 14:00:37

Maraqlı

Bakı metropoliteninin  bütün stansiyaları “Parabank”ın reklamları ilə bəzədilib. Həm də necə..? 

“ O olmasın, bu olsun”  filminin qəhrəmanı Məşədi İbad  bankı reklam edir.

 

NUH.az-ın əməkdaşı  reklam lövhələrindəki  anlaşılmazlığı  araşdırmaq qərarına gəlib.

Belə ki  reklam lövhəsində  aylıq kredit faizinin  2 faiz olduğu qeyd olunur. Sonra isə yazılır ki, 1000 manat kreditə görə, müştəri ayda 55 manat ödəməlidir.

Axı, ibtidai sinif şagirdi də  bilir ki, 1000 manatın  2 faizi  20 manatdır. Bəs, 55  manat haradan çıxdı..?

Məsələ ilə bağlı NUH.az-ın əməkdaşı bankın əməkdaşı ilə əlaqə saxlasa da  suala konkret cavab ala bilməyib.

 

NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib